Slimfit
  1. MEDİA

FHN-nin karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar

FHN-nin karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar
Sakura

FHN-nin karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar

FHN-nin karate komandasının idmançıları respublika çempionatında uğur qazanıblar

9 yanvar 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsindəki İdman-sağlamlıq klubunda Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının təşkilatçılığı ilə böyüklər arasında karate üzrə 29-cu respublika çempionatı start götürüb.

Çempionatda 20-ə yaxın komandadan 150-ə yaxın idmançı mübarizə aparıb. Yarışda FHN-nin İdman-sağlamlıq klubunun karate komandasının 14 idmançısı mübarizə apararaq yüksək nailiyyətlərə nail olublar. 

 Belə ki, 75 kq çəki dərəcəsində kişilər arasında karate komandasının üzvü Tural Ələkbərli şəxsi kumite yarışlarında bütün rəqiblərinə qalib gəlib, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olub. +84 kq çəki dərəcəsində isə şəxsi kumite yarışlarında Murad Hacızadə 3-cü yerə layiq görülüb. 

Kişilər arasında şəxsi kata yarışlarında FHN-nin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin əsgərləri  Roman Heydərov qızıl , -60 kq çəki dərəcəsində şəxsi kumite yarışlarında Həsən Əliyev isə gümüş medala layiq görülüblər. Qadınlar arasında şəxsi kata yarışlarında isə Samirə Məmmədova gümüş, Samirə Babayeva bürünc medalın sahibi olublar.

Qalib və mükafatçılara Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının medal və diplomları təqdim olunub.

Qeyd edək ki, FHN-nin karate komandasının idmançıları böyük nailiyyətlər əldə etməsində Azərbaycanda karate idman növünün geniş yayılmasına həyatını həsr etmiş, bununla yanaşı həmdə beynəlxalq miqyaslı idman yarışlarında çox böyük nəaliyyətlər qazanan bir sıra idmançılar hazırlayaraq dövlətimizə gələcəyin çempionlarını yetişdirən 2 qat dünya çempionu, avropa çempionu və 8-ci dan qara kəmər sahibi və FHN-nin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevin əvəzsiz rolu vardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR