Dərc edildi: Baxış sayı: 1046
FHN-in xanım əməkdaşı dünya çempionu oldu
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun əməkdaşı, paralimpiyaçı, nizəatma üzrə yüngül atlet İradə Əliyeva İtaliyada keçirilən dünya paraatletika Qran-Prisində 42,84 metr nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
FHN-dən Axar.az-a bildiriblər ki, idmançımız bir sıra beynəlxalq yarışlarda iştirak edərək Azərbaycan bayrağını dalğalandırıb. O, 2015-ci il XV Yay Paralimpiya Oyunlarında çıxış edərək F12 növündə mübarizə aparıb və 42,58 metr nəticə ilə gümüş medala sahib olub.
İ.Əliyeva 2016-cı ildə Braziliyada Rio-de-Janeyro Paralimpiadasında gümüş medal qazanıb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət