Dərc edildi: Baxış sayı: 552
FHN-in iki vəzifəli əməkdaşına general-mayor rütbəsi verilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi Baba Hacı-Baba oğlu Salayevə general-mayor ali hərbi rütbəsi, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi Rüfət Lətif oğlu Fəradova daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət