Dərc edildi: Baxış sayı: 930
FHN-in İdman Sağlamlıq Mərkəzinin idmançısı beynəlxalq turnirdə mükafat qazanıb
19 oktyabr 2019-cu il tarixində Sloveniyanın Qradeç şəhərində Cüdo üzrə “Karoşka” açıq beynəlxalq turniri keçirilib. 23 ölkədən 520-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin idmançısı Nigar Şahməmmədova Mərkəzin məşqçi müəllimi Fərid Ağakişiyevin rəhbərliyi altında yüksək nəticə göstərərək 44 kq çəki dərəcəsində yarışın gümüş medalına layiq görülüb.
FHN-in İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev gənc idmançını qəbul edərək onu qazandığı nailiyyətə görə təbrik edib, gələcək yarşlarda müvəffəqiytlər arzulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət