Dərc edildi: Baxış sayı: 568
FHN əməkdaşları üçün vaksinasiya prosesi Bakı üzrə başlayıb - AÇIQLAMA
“Vaksinasiya prosesi hələ ki, Bakı üzrə başlayıb”.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-a açıqlamasında FHN-nin Tibb Xidmətinin rəisi müavini, tibb xidməti mayoru Vəfa Dadaşova deyib.
O bildirib ki, könüllü olaraq 18 yaşdan yuxarı FHN əməkdaşları koronavirusa qarşı vaksinasiya prosesinə müraciət edə bilərlər:
“Vaksinasiya prosesi fevralın 25-dən Bakı üzrə başlayıb. Regionlarda vaksinasiya prosesi hələ ki, başlanılmayıb. Lakin vaksinasiya ilə bağlı könüllü müraciət edən Nazirlik əməkdaşları FHN-nin Tibb Mərkəzinə gəlməlidirlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət