Slimfit
  1. AZƏRBAYCAN

FHN: 98 dövlət obyekti yanğından mühafizə olunub

FHN: 98 dövlət obyekti yanğından mühafizə olunub
Sakura

FHN: 98 dövlət obyekti yanğından mühafizə olunub

Yanvarın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində (DYMX) 2019-cu ildə görülmüş işlərin və cari ildə qarşıya qoyulmuş vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev iştirak edib. FHN-dən Azvision.az -a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, 2019-cu ildə DYMX-nin qüvvə və vasitələrinin ümumi çıxışlarının sayı 92 min 362 olub. Yanğın hadisələri ilə bağlı 16 min 303 çıxış qeydiyyata alınıb. Yanğınların söndürülməsinə ümumilikdə 163 min 30 əməkdaş və 35 min 931 yanğınsöndürmə texnikası cəlb olunub. Yanğınların söndürülməsi zamanı 98-i dövlət, 346-sı özəl olmaqla, 2218 obyekt, habelə 369 çoxmənzilli bina, 590 fərdi ev, 513 yardımçı tikili, müxtəlif təyinatlı 296 texnika yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşavirədə çıxış edərək Dövlət Yanğından Mühafizə Xidmətinin 2019-cu ildəki fəaliyyətini bütövlükdə müsbət dəyərləndirib. Xidməti fəaliyyətdən danışan nazir müavini şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının daha da artırılması, intizamın gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, kadr məsələləri, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə profilaktik tədbirlərin keçirilməsi və yanğından mühafizə işinin daha da səmərəli təşkili və sair məsələlərlə əlaqədar tapşırıqlar verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR