Dərc edildi: Baxış sayı: 471
Feysbukdan növbəti yenilik
Feysbuk şirkəti “Feysbuk Pey” elektron ödəmə sistemini işə saldığını elan edib.
Axar.az xəbər verir ki, bu barədə məlumat şirkətin saytında bildirilib.
Məlumatda “Feysbuk Pey” xidmətinin insanlara Feysbuk, Messenger, İnstaqram və Votsapda rahat, təhlükəsiz, etibarlı ödəniş aparmasına imkan yaradacağı bildirilir. Yeni xidmət ödəmə informasiyasının əlavədə saxlanmasına kömək edəcək ki, nəticədə istifadəçi nəsə almaq istəyərkən ödəmə məlumatını yenidən daxil etməyəcək.
Xidmət hələ ki, ABŞ ərazisində yaşayan Feysbuk və İnstaqram istifadəçiləri üçün istifadəyə veriləcək. Şirkət xidmətin gələcəkdə digər ölkələrdə yaşayan istifadəçilər üçün də əlçatan olacağını bildirir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət