Slimfit
  1. TEXNOLOGİYA

Feysbuk istifadəçilərinin xəbərsiz olduğu funksiyalar

Feysbuk istifadəçilərinin xəbərsiz olduğu funksiyalar
Sakura

Feysbuk istifadəçilərinin xəbərsiz olduğu funksiyalar

Feysbuk dünyada ən çox istifadəçiyə sahib platforma olsa da, bəziləri hələ də onun vacib xüsusiyyətlərindən xəbərsizdirlər.

TED.az Feysbukun çoxlarının xəbərsiz olduğu 6 funksiyasını təqdim edir:

- Feysbuka profil fotonuz vasitəsilə daxil ola bilərsiniz. Ancaq bu xüsusiyyəti "ayarlar" bölümündən aktivləşdirmək lazımdır. Bunun üçün ardıcıl olaraq "ayarlar", "güvənlik", "güvənlik ve giriş" bölümlərinə daxil olmalı, daha sonra profil fotosu ilə girişi təsdiqləməlisiniz.

- Feysbuk hesabınıza başqasının gözü ilə baxa bilərsiniz. Bunun üçün ardıcıl olaraq "ayarlar", "zaman tuneli və etiketləmə ayarları" bölümlərine daxil olmaq lazımdır. Feysbukun yeni versiyasını istifadə edənlər isə əsas səhifədəki "başqasının gözü ilə gör" düyməsini vurmalıdır.

- Feysbukda son görünmə tarixini gizlədə bilərsiniz. Bunun üçün telefondakı Messenger tətbiqini silmək, Feysbukun kompüter vasitəsilə işlətməyə başlamaq lazımdır. Bu halda son görünmə tarixi barədə məlumat verilməyəcək.

- Feysbuk istifadəçisi olmadan Messenger-dən yararlana bilərsiniz. Bunun üçün Feysbuk Messenger tətbiqini yükləmək, telefona quraşdırdıqda isə "Feysbuk istifadəçisi deyiləm" düyməsini vurmaq lazımdır.

- Dostlarınız üçün xüsusi bildiriş səsi qeyd edə bilərsiniz. Bu məqsədlə öncə bildiriş almaq istəmədiyiniz dostunuzla söhbət ekranını açmalısınız. Daha sonra yuxarıdakı bildiriş bölümündən qarşı tərəfdən neçə müddət bildiriş almaq istəmədiyinizi seçməlisiniz.

- Dostluq siyahınızı gizləyə bilərsiniz. Bunun üçün "gizlilik" bölümünə daxil olmalı, "paylaşdıqlarımı kimlər görə bilər?" bölümü ilə dostluq siyahısını  gizləyə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR