Dərc edildi: Baxış sayı: 485
Feysbuk bu ölkəyə 100 milyon avro ödəyəcək
Feysbuk administrasiyası vergidənyayınma ittihamı ilə aparılan araşdırmaların nəticəsi olaraq İtaliya hökumətinə 100 milyon avro ödəyəcək.
Axar.az xəbər verir ki, bu barədə “Döç Velle” məlumat yayıb.
Qeyd edilir ki, Feysbuk 2010-2016-cı illərdə reklam gəlirləri ilə bağlı ödənişləri vergi faizlərinin daha aşağı olduğu ölkələrdən həyata keçirib. Feysbukun bu yolla 300 milyon avroluq vergidən yayındığı ehtimal edilir.
Məlumata görə, İtaliya Əpl, Amazon və Quql şirkətləri ilə də bənzər araşdırmalar aparıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət