Slimfit
  1. CƏMİYYƏT

“Fəxri adların verilməsi ilə bağlı fikirlərim düzgün anlaşılmayıb” - Mədəniyyət naziri 

“Fəxri adların verilməsi ilə bağlı fikirlərim düzgün anlaşılmayıb” - Mədəniyyət naziri 
Sakura

“Fəxri adların verilməsi ilə bağlı fikirlərim düzgün anlaşılmayıb” - Mədəniyyət naziri 

"Fəxri adların verilməsi ilə bağlı dediyim fikirlər düzgün anlaşılmayıb. Söhbət gələcəkdə fəxri adların verilməsində sui-istifadə hallarının qarşısının alınmasından gedir".

Ens.az Modern.az-a istinadən xəbər verir ki, bunu Mədəniyyət nazirinin birinci müavini, naziri vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, bu məqsədlə gələcəkdə hüquqi tənzimləyici mexanizmin yaradılması təklif edilib:

"Bu mexanizimə əsasən, orada açıq aşkar meyarlar tətbiq olunacaq. Bu meyarlar vasitəsilə fəxri adlar üçün təqdim olunan namizədlərin nəzərdən keçirilməsi müstəqil kommisiya tərəfindən həyata keçiriləcək. Hesab edirik ki, qərarın gizli şəkildə qəbul edilməsi məqsədəuyğun olar. Bu hələ bizim təklifimizdir. Bununla da gələcəkdə bu prosesdə hər hansı bir sui-istifadə hallarının qarşısını ala biləcəyik".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR