Slimfit
  1. MƏDƏNİYYƏT

Fəxrəddin Manafov teatrdan getməsilə bağlı səbəbləri açıqlayıb

Fəxrəddin Manafov teatrdan getməsilə bağlı səbəbləri açıqlayıb
Sakura

Fəxrəddin Manafov teatrdan getməsilə bağlı səbəbləri açıqlayıb

Dekabrın əvvəlində bir sıra KİV-də Xalq artisti Fəxrəddin Manafovun Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrından getməsilə bağlı məlumalar yayılmışdı.

Teatrda Xalq artisitinin getməsilə bağlı məlumat təkzib edilsə də, F.Manafov 1news.az-a məlumatı təsdiqləyib və redaksiyamıza  Azərbaycan Dövlət Rus Dram Teatrından getməsilə bağlı səbəbləri açıqlayıb.

Aşağıda Xalq artisti Fəxrəddin Manafovun açıq məktubunu olduğu kimi dərc edirik:

“Bəli, mən teatrdan getmişəm və ümid edirəm ki bu müvəqqətidir... çünki bəzi problemlər və məsələlər öz həllini tapmalıdır. Bu məsələlərlə bağlı mənim şərtlərim var. Şərtlərim yalnız və yalnız yaradıcı prosesin inkişafı üçündür. Şərtlərim isə belədir:

Ruhi, mənəvi tərəfdən hələ formalaşmamış, özünü vəzifə daşıyıcısı hesab edən, aktyorlarla, ümumiyyətlə, insanlarla kobud, qaba, tərbiyəsiz davranan,  adını çəkdiyimiz o teatr məkanında təsadüfi bir şəxsin olub və ya olmaması şərti...  Məşqlər və tamaşa qabağı şəraitin yaradılması, nizam-intizamın olması və ümumiyyətlə, bir çox problemlərə peşəkar yanaşılması və onların həlli məsələsi...   Bu kimi şərtlər yerinə yetərsə, o zaman mən öz fəaliyyətimə davam edərəm... Amma hal hazırda mən teatrdan getmişəm... bu və digər şərtlərin həlli nəticəsini gözləyəcəm... Bir xahişim var bütün KİV nümayəndələrindən... bu, sırf işlə və yaradıcılıqla bağlı olan problemlərdi.. buna başqa don geyindirməsinlər...

Son olaraq qeyd edirəm və təkidlə vurğulayıram ki, bu məsələ ilə bağlı heç bir müzakirə məni maraqlandırmır və mənim tərəfimdən əlavə şərhlər olmayacaq. Hamıya yaradıcı uğurlar!”

P.S. Bu bəyanatımla yuxarıda qeyd edilən məsələ ilə bağlı bütün müzakirələrə son qoymaq və həmin mövzuda istənilən şərhlərdən çəkinmək istəyirəm.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR