Slimfit
  1. MEDİA

Fevral ayında 7 minə yaxın yeni abonent qeydə alınıb

Fevral ayında 7 minə yaxın yeni abonent qeydə alınıb
Sakura

Fevral ayında 7 minə yaxın yeni abonent qeydə alınıb

2020-ci ilin fevral ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 6 895 yeni abonent qeydiyyata alınıb ki, bunun da 4 385-i Bakı, Abşeron və Sumqayıt, 2 510-u isə regionlar üzrədir. 2020-ci ilin ilk 2 ayında əhali sektoru üzrə 18 446 yeni abonent qeydiyyata alınıb. 11 852 abonent Bakı, Abşeron və Sumqayıt, 6 594 abonent isə regionların payına düşür.

Beləliklə, hal-hazırda “Azəriqaz” İstehsalat Birliyində qeydiyyata alınan ümumi abonent sayı əhali sektoru üzrə 2 milyon 265 min 721-ə bərabərdir. Bakı şəhəri üzrə abonentlərin sayı 872 384, regionlar üzrə isə 1 milyon 393 min 337 təşkil edir. İlin sonunadək yeni abonentlərin sayının təqribən 100 minə bərabər olacağı proqnozlaşdırılır.

Onu da qeyd edək ki, əvvəlki illərdə olduğu kimi 01 mart 2020-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 618 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadə üçün illik 5 000 kubmetr limit ayrılıb. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR