Dərc edildi: Baxış sayı: 287
Fəthullah Gülən öldü, yoxsa qaçırıldı? - Açıqlama
ABŞ-ın Pensilvaniya ştatında yaşayan FETÖ lideri Fəthullah Gülənin qaçırıldığı və hətta öldüyünə dair iddialar ortaya atılıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Gülənin yaxın qohumu Əbusələmə Gülənin iddiasına görə, FETÖ rəhbəri Pensilvaniyadakı evindən qaçırılıb. Onun sözlərinə görə, Gülən təşkilatın liderliyini ələ keçirmək istəyən Barbaros Kucakurt, Mustafa Özcan və Cövdət Türkyolu tərəfindən qaçırılıb.
FETÖ-yə bağlı “Herkul” səhifəsi yayılan iddiaları təkzib edib və məsələ ilə bağlı bəyanat yayıb.
Bəyanatda Gülənin səhhətinin yerində olduğu bildirilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət