Slimfit
  1. İQTİSADİYYAT

FES-in qərarı dolları ucuzlaşdıracaq? - Professor

FES-in qərarı dolları ucuzlaşdıracaq? - Professor
Sakura

FES-in qərarı dolları ucuzlaşdıracaq? - Professor

Donald Tramp mütəmadi olaraq uçot dərəcəsinin salınmasının əhəmiyyəti ilə bağlı tvitlər paylaşır. Bu baxımdan FES-in uçot dərəcəsini aşağı salacağı gözlənilən idi.

Bu sözləri Axar.az-a açıqlamasında professor Fikrət Yusifov FES-in dolların uçot dərəcəsini aşağı salması haqqında danışarkən deyib. O bildirib ki, bu, cari ildə üçüncü dəfə uçot dərəcəsinin dəyişməsi deməkdir:

“ABŞ Prezidenti Tramp artıq xeyli vaxt idi ki, uçot dərəcəsinin azaldılmasını FES-dən tələb edirdi. Ağ Ev dolların ucuzlaşmasında maraqlıdır. Bunun nəticə etibarilə ABŞ-ın ixrac imkanlarını genişləndirəcəyi düşünülür. Buna görə də Prezident Tramp mütəmadi olaraq uçot dərəcəsinin salınmasının əhəmiyyəti ilə bağlı tvitlər paylaşır. O, hər dəfə bahalı dolların ixracın stimullaşdırması qarşısında bir əngəl olduğunu xüsusi vurğulayır. Bu gün ABŞ iqtisadiyyatında makroiqtisadi göstəricilər üzrə proqnozların özünü doğrulda bilməsi Federal Ehtiyatlar Sisteminə növbəti dəfə uçot dərəcəsini azaltmaq imkanı verdi. Həmçinin, burada əsas məqsəd Avropa Birliyinə daxil olan ölkələrə ixracı stimullaşdırmaqdan ibarətdir. Düşünürəm ki, bu da son deyil, çox güman ki, ilin son günləri uçot dərəcəsi daha bir dəfə 0,25 faiz aşağı salınacaq”.

Professor bildirib ki, dolların faiz dərəcəsinin aşağı salınması dolların dəyərinə təsir etməyəcək:

“Dollar sabit olaraq qalacaq və hələ uzun illər dünya maliyyə sistemində hegemonluq edəcək. Uçot dərəcəsini 0,25 faiz dəyişməsi dolların çəkisini dəyişməyəcək. Düşünürəm ki, Trampın gözlədiyi ucuz dollar hələlik real deyil. Çünki ABŞ iqtisadiyyatının makroiqtisadi göstəriciləri buna zəmin yaratmır. Amma FES uçot dərəcəsinin aşağı salınması qərarlarını ardıcıl qəbul edərsə, müəyyən müddətdən sonra ucuzlaşma baş verə bilər. Söhbət səbət valyutalarına qarşı olan məzənnədən gedir. Lakin inkişaf etməkdə olan ölkələrin valyutalarına münasibətdə məzənnənin dəyişməsinə bu qərarlar təsir göstərmir”.

Qeyd edək ki, ötən gün FES uçot dərəcəsini 1,5-1,75 faizə qədər endirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR