Slimfit
  1. AVTO VƏ MOTO

Ferrari superkarının necə yığıldığı nümayiş etdirilib

Ferrari superkarının necə yığıldığı nümayiş etdirilib
Sakura

Ferrari superkarının necə yığıldığı nümayiş etdirilib

Bu rolikdə avtomobilin yaradılmasının müxtəlif mərhələləri əks olunur: detalların tökmələrindən virtual sınaqların keçirilməsinə qədər.

Ens.az xəbər verir ki, Ferrari konserni SF90 Stradale modelinin yaradılması prosesini əks etdirən vacib addımlara həsr olunmuş 10 dəqiqəlik video yayımlayıb.

Bu supermaşın V8 daxili yanma mühərrikinə əsaslanan 1000 at gücündə hibrid quraşdırma ilə təchiz edilmişdir. Sözügedən səkkiz silindrli qurğuya əlavə olaraq üç elektrik mühərriki daxildir, bunlardan ikisi ön oxda, digəri daxili yanma mühərriki ilə ötürücü qutusu arasında. Elektrik mühərrikləri 7.9 kilovat-saatlıq bir batareya ilə təchiz edilmişdir.

SF90 Stradale 100 sürətini 2,5 saniyədə yığır. Maksimal sürət saatda 340 kilometrə bərabərdir. Bu maşın ötən il yazın sonunda nümayiş olunmuş və sonra bu model "ən güclü Ferrari yol avtomobili" adlandırılmışdı.

Maşının adı isə yarış komandasının - Scuderia Ferrari-nin 90 illik yubileyinə ithaf olunub və "stradale" sözü ümumi istifadəyə verilmiş yollar üçün nəzərdə tutulduğu anlamını verir.

Model bir sıra özəlliyə malikdir. Məsələn, hava axınının istiqamətini dəyişdirməyə qadir olan arxa müqavimət sipəri və ötürücü selektorları bu sıraya aid etmək olar.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR