Dərc edildi: Baxış sayı: 548
Fernando Muslera “Qalatasaray”ın tarixinə düşüb
Türkiyə Superliqasında “Qalatasaray”ın 22-ci çempionluğu uruqvaylı qapıçısı Fernando Muslera üçün əlamətdar olub.
ONA-nın məlumatına görə, istanbulluların 33 yaşlı vitse-kapitanı klubun tarixinə düşüb.
O, “Qalatasaray”ın heyətində ən çox çempionluq yaşayan əcnəbi futbolçu olub. Qızıl medallarının sayını 5-ə çatdıran Muslera George Popesku və George Hacını qabaqlayıb. Rumıniyalı futbolçular “sarı-qırmızılar”la 4 dəfə çempionluq sevinci yaşayıblar.
Qeyd edək ki, 2011-ci ildən “Qalatasaray”ın formasını geyinən uruqvaylı 2012, 2013, 2015 və 2018-ci illərdə Superliqanın qalibi adına yiyələnib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət