Slimfit
  1. İQTİSADİYYAT

Fermerlərə bu il güzəştli şərtlərlə verilən mikro kreditlərin məbləği açıqlandı

Fermerlərə bu il güzəştli şərtlərlə verilən mikro kreditlərin məbləği açıqlandı
Sakura

Fermerlərə bu il güzəştli şərtlərlə verilən mikro kreditlərin məbləği açıqlandı

Bu ilin iyunun 1-ə qədər aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə 5 mln manat məbləğində mikro kredit verilib.

Ens.az xəbər verir ki, bu barədə “Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, 512 fermerə (əkinçilik sahəsi üzrə 335 min manat, heyvandarlığa 4,52 mln manat, bağçılığa 208 min manat, arıçılıq istiqamətində 92 min manat, digər ailə kəndli fermer təsərrüfatlarına isə 10 min manat) cəmi 5 mln manat məbləğində kredit verilib. Hər fermerə orta hesabla 10 min manatdan artıq kredit ayrılıb.

Xatırladaq ki, 15 min manatadək təqdim olunan mikro kreditlər 3 il müddətinə və 12 ay güzəşt müddətinə təklif olunur. Kreditlərin maksimum illik faiz dərəcəsi 12%-dir.

Güzəştli aqrar mikrokreditlər ölkə başçısının 8 aprel tarixli fərmanı ilə verilməyə başlanılıb. Bu prosesə aprelin 23-dən start verilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR