Slimfit
  1. İQTİSADİYYAT

Fermer Habil Əzimov: Üzüm bağı salmazdan əvvəl torpağı aqrokimyəvi analizə vermək lazımdır

Fermer Habil Əzimov: Üzüm bağı salmazdan əvvəl torpağı aqrokimyəvi analizə vermək lazımdır
Sakura

Fermer Habil Əzimov: Üzüm bağı salmazdan əvvəl torpağı aqrokimyəvi analizə vermək lazımdır

Azərbaycan üzümçülüyün ən qədim yaranma və formalaşma mərkəzlərindən biri olub. Ölkəmizdə qiymətli yerli üzüm sortlarının yetişdirilməsinə xüsusi önəm verilib, bu sortların itməsinin qarşısı alınıb, yeni sortlar sınaqdan keçirilib. Fermerlərimiz sortların artırılması və üzümçülük təsərrüfatlarına tətbiq edilməsi istiqamətində qədim ənənəni bu gün də qoruyub saxlayırlar.

AZƏRTAC xəbər verir ki, onlardan biri də Şamaxı rayonunun İkinci Çaylı kəndində yerləşən fermer təsərrüfatının rəhbəri, torpaqşünas, aqrokimyaçı Habil Əzimovdur.

Şamaxılı fermer dörd il əvvəl saldığı üzüm plantasiyasından bol məhsul götürdüyünü deyir: “2014-cü ildə İkinci Çaylı kəndi ərazisində 25 hektar sahədə üzüm bağı salmağı planlaşdırdıq. Bütün aqrotexniki qaydalara əməl etmək üçün torpaq daşlardan və lazımsız tullantılardan təmizləndi və şum aparıldı. Üzüm bağları salarkən, hər bir sortun xüsusiyyətini, ərazinin coğrafi iqlim şəraitini nəzərə almaq çox vacibdir. İlkin mərhələdə xaricdən gətirilmiş sortlar əkdik. Ümumiyyətlə, üzüm tinglərini seçəndə və əkin zamanı öz kökü üstündə yetişən üzüm sortlarına daha çox üstünlük vermək lazımdır. Çünki öz kökü üstündə yetişən üzüm sortları daha uzunömürlü olur. Calaqaltı ilə yetişdirilmiş üzüm sortları isə xəstəliyə qarşı daha davamlıdır”.

Habil Əzimov bildirib ki, bağ salmaq üçün ərazi seçərkən, torpağın aqrokimyəvi analizini aparmaq vacibdir: “Torpağın kimyəvi, mikrokimyəvi analizini aparmaq, hətta suyun belə analizini aparmaq çox vacib prosedurdur. Bu analizlər bitkinin gələcək məhsuldarlığı üçün zəmin yaradır. Bu tədbir üzümçülükdə ilk görülməli işdir. Hər bir regionda ixtisaslaşmış bitkilərin əkilməsi ən vacib göstəricidir. Biz bu gün üzümçülüklə məşğul oluruq. Ancaq elə torpaq ərazisi ola bilər ki, orada qeyri-ənənəvi məhsulların əkilməsi daha məqsədəuyğun sayılar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR