Dərc edildi: Baxış sayı: 1119
“Fərid Mübarizin meyitinin düşmən tərəfdə qalmasını özünə sığışdıra bilmirdi...” - Şəhid anası...
“Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında səsləndirilən qalmaqallı fikirlər bir şəhid anası kimi məni də bir neçə gündür ki, narahat edir”
Bunu Moderator.az-a açıqlamasında şəhid zabitimiz, Baş-leytenant Fərid Əhmədovun anası Nərgiz Əhmədova bildirib. Şəhid anası deyib ki, bəzən elə olur ki, şəhidlərimizə qarşı hörmətsizlik edən insanlara deməyə söz tapmırsan:
“Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında səsləndirilən qalmaqallı fikirlər bir şəhid anası kimi məni də bir neçə gündür ki, narahat edir. Onsuz da bizim bir ana kimi ürəyimiz yaralıdır və bir də şəhidlərimiz haqqında belə fikirlər səsləndirib, qəlbimizi qırmasınlar. Mübariz oğlum Fəridlə eyni gündə düşmən tərəfdən alınaraq dəfn edilib. Onu heç vaxt öz övladımdan ayırmamışam. Onlar düşmən tərəfdə qaldıqlarına görə aylarla yollarını gözləmişəm. Fərid Mübarizin meyitinin düşmən tərəfdə qalmasını özünə sığışdıra bilmirdi və ona görə də onun arxasıyca gedib şəhid oldu. Heç vaxt yadımdan çıxmaz ki, Mübarizin atası Ağakərim dayı bizə gəlib mənə dedi ki, “Deyirlər Fərid Mübarizin dalınca gedib. Həm də sonradan bildim ki, o, evin tək oğludur. Səndən halallıq almağa gəlmişəm. Dedim ki, Ağakərim dayı, hər iki şəhidin yazısı belə yazılıb, ikisinin də amalı, məqsədi bir olub, hər ikisi vətən yolunda şəhid oldu”.
Allah cəmi şəhidlərimizi rəhmət eləsin!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət