Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Fərhad Hümbətov Qənbər oğlu

Fərhad Hümbətov Qənbər oğlu
Sakura

DOĞUM TARİXİ: 10/09/1968 VƏFAT TARİXİ: 29/03/1992

10 sentyabr 1968-ci ildə Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində doğulmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Hamamlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir. 1986-cı ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçmişdir. O, 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur. O zaman F.Hümbotovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdı. O, bütün çətinliklərə baxmayaraq doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır.

1990-cı il 20 Yanvar faciəsi zamanı o, təsadüf nəticəsində sağ qalmışdır. Həmin gecə ağır texnika ilə şəhərə daxil olan Sovet qoşun hissələri qarşısına çıxan hər şeyi əzib keçirdi. Onlar heç kimə aman vermirdilər. Fərhad bir az da ləngisəydi tankın altında qalacaqdı. Bu hadisədən sonra o, bir tankçı kimi Vətənin keşiyində durmağı qarşısına məqsəd qoyur və 1991-ci ilin oktyabr ayında cəbhəyə gedir. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılır, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərir.

Fərhadın döyüş yolu çox çətin olmuşdur. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçirmiş və düşmənin 5 postunu dağıtmışdır. 1992-ci il... Martın 29-u... Son döyüş... Fərhad öz dəstəsi ilə Xocalının Kosalar kəndində əməliyyat kcçirir. Qüvvələr nisbəti ermənilərin xeyrinə idi. Buna baxmayaraq, düşmən xeyli canlı qüvvə itirdi. Xankəndi yaxınlığında artıq qüvvələri tükənir. Əlavə qüvvə gəlmədiyinə görə öz dəstəsi ilə geri çəkilmək məcburiyyətində qalır. O, bu döyüşdə bir neçə yaralını xilas etsə də, özü qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Hümbətov Fərhad Qənbər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Bakının Binəqədi rayonunda adına park salınmış və burada büstü qoyulmuşdur.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR