“Ferentsvaroş”un hücumçusu: “Qarabağ”la oyun başqa səviyyə idi”
“Qarabağ”la oyun başqa səviyyə idi. Həm onların, həm də bizim müntəzəm avrokuboklarda iştirak etməyimiz hiss olundu”.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bunu Macarıstanın “Ferentsvaroş” klubunun futbolçusu Barnabas Varqa Avstriyada “Qarabağ”la keçirilən yoxlama görüşü barədə danışarkən deyib.
“Ferentsvaroş”a bu yay ölkənin digər klubu “Paksi”dən keçən 29 yaşlı hücumçu 3:3 hesabı ilə başa çatan matçda qol vurduğu üçün sevincli olduğunu söyləyib: “Yoxlama görüşü olsa belə, qol vuran hücumçuda həmişə özünəinam yaranır. Şadam ki, “Ferentsvaroş”un heyətində ilk qolu vurmaq üçün çox gözləməli olmadım. Adi yoxlama görüşü olmasına baxmayaraq, Azərbaycan çempionuna qarşı mübarizə yüksək səviyyədə keçdi. Meydanda gərgin mübarizə var idi. Azarkeşlər üçün əyləncəli alındı, çünki qapılara çox qol vuruldu”.
Qeyd edək ki, “Qarabağ” iyulun 1-də Polşa “Legiya”sı, 4-də isə Bolqarıstan MOİK-i ilə qarşılaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət