Dərc edildi: Baxış sayı: 509
"Fənərbaxça"da afrikalı hücumçu?
İslam Slimaninin çıxışından narazı olan "Fənərbaxça" rəhbərliyi hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Qol.az-ın "L`Equipe" nəşrinə istinadən yaydığı xəbərə görə, İstanbul klubu "Lester"in hücumçusu Fusseni Diabateni transfer edir.
Bu mövsümün əvvəlində Fransa "Ayaçço"sundan alınan malili forvardın ingilis klubu ilə 2022-ci ilin yayına kimi müqaviləsi var. "Lester"də cəmi 1 oyun keçirən 23 yaşlı futbolçu 55 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Fənərbaxça" Slimanini də "Lester"dən icarəyə götürüb.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət