Slimfit
  1. İDMAN

"Fənərbağça"nın hücumçusu İtaliya klubuna keçdi

"Fənərbağça"nın hücumçusu İtaliya klubuna keçdi
Sakura

"Fənərbağça"nın hücumçusu İtaliya klubuna keçdi

Türkiyə "Fənərbağça"sının futbolçusu Vedat Murikinin İtaliyanın "Latsio" komandasına transferi gerçəkləşib.

"Report" İstanbul klubunun rəsmi saytına istinadən xəbər verir ki, Roma təmsilçisi kosovolu hücumçuya görə qarşı tərəfə 17,5 milyon avro təzminat və 2,5 milyon avro əlavə bonus ödəyəcək.

Həmçinin "Fənərbağça" 26 yaşlı forvardın növbəti satışından əlavə pay da alacaq. Muriki başqa kluba keçərsə, "Latsio" transfer məbləğinin 5 faizini Superliqa təmsilçisinə ödəyəcək.

Qeyd edək ki, Vedat Muriki 2019/2020 mövsümünün əvvəlində "Rizespor"dan "Fənərbağça"ya keçmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR