Dərc edildi: Baxış sayı: 253
"Fənərbağça" ardıcıl 9-cu qələbəsini qazandı
Türkiyə Superliqasında IX turun oyunları davam edir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu gün daha dörd oyun keçirilib.
Çempionatın lider komandası "Fənərbağça" öz meydanında "Hatayspor"u qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövsüm Superliqada keçirdiyi 9 oyundan 27 xal toplayan "Fənərbağça" turnir cədvəlinə başçılıq edir. "Hatayspor" 14 xalla altıncıdır.
Günün digər matçlarında "Qasımpaşa" səfərdə "Sivasspor"a 1:0, "İstanbulspor" evdə "Ankaragücü"nə 2:1 hesabı ilə qalib gəlib, "Samsunspor" isə "Başakşehir"lə qolsuz heç-heçəyə razılaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət