Slimfit
  1. AZƏRBAYCAN

Fələstin XİN başçısı: "Azərbaycan azadlıq mübarizəsində həmişə Fələstini dəstəkləyib"

Fələstin XİN başçısı: "Azərbaycan azadlıq mübarizəsində həmişə Fələstini dəstəkləyib"
Sakura

Fələstin XİN başçısı: "Azərbaycan azadlıq mübarizəsində həmişə Fələstini dəstəkləyib"

"Fələstin azərbaycanlılar tərəfindən dəstək və həmrəylik hiss edir".

Report” xəbər verir ki, bunu Fələstin dövlətinin Asiya ölkələrindəki səfirlərinin Bakıda keçirilən iclasını jurnalistlərə şərh edən Fələstin xarici işlər naziri Riyad əl-Maliki deyib.

“Bu konfransın əhəmiyyəti aydındır. Asiya ölkələrində bütün səfirlər bir yerdə, yəni bu dəfə Bakıda toplaşaraq Fələstin dövləti qarşısında duran problemləri müzakirə edirlər”, - nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycan Fələstin üçün dost ölkə olduğundan Bakının bu tədbir üçün seçilməsi təsadüfi deyil.

“Elmar Məmmədyarovla münasibətlərimiz sadəcə həmkarlar arasında olan münasibətlər deyil, bir-birimizi dost və qardaş hesab edirik. Azərbaycanlıların Fələstin məsələsində dəstəyini və həmrəyliyini hiss edirəm. Azərbaycan azadlıq mübarizəsində həmişə Fələstini dəstəkləyib”, – fələstinli nazir diqqətə çatdırıb.

O vurğulayıb ki, səfirlərin görüşünün Bakıda keçirilməsi təşəbbüsü xarici işlər naziri Elmar Məmmədyarova məxsusdur: “Bakıdan daha yaxşı yer tapa bilmədik. İsrail tərəfindən məhdudlaşdırıcı tədbirlər üzündən bu cür tədbirləri Fələstində keçirə bilmirik. Torpaqlarımızın İsrail tərəfindən işğalı ucbatından bizim rəsmi şəxslər Fələstinə sərbəst gəlib-getmək imkanından məhrumdur. Səfirlərimizdən bəziləri də məhdudlaşdırıcı tədbirlər səbəbindən Fələstinin işğal olunmuş ərazilərinə gələ bilmirlər. Ona görə də biz Fələstinə yaxın olan, üstəlik dost ab-havalı bir yer axtarırdıq və Bakını seçdik”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR