Dərc edildi: Baxış sayı: 737
Fələstin İsrail və ABŞ-la bütün əlaqələrini kəsdi
Mahmud Abbas İsrail və ABŞ-la bütün əlaqələrin dayandırıldığını bildirib.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Fələstin prezidenti bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında deyib:
"Mən Netanyahuya (İsrailin Baş naziri) və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinə məktüb ünvanlamışam. Bundan sonra Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində əməkdaşlıq etməyəcək. Eyni zamanda əvvəllər imzalanmış bütün razılaşmalar bizim üçün qüvvədən düşmüş sayılır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət