Slimfit
  1. AZƏRBAYCAN

FED qərarını verdi - Manatı nə gözləyir? Açıqlama

FED qərarını verdi - Manatı nə gözləyir? Açıqlama
Sakura

FED qərarını verdi - Manatı nə gözləyir? Açıqlama

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb. FES uçot dərəcəsini 1,5-1,75%-ə qədər endirib.

Maraqlıdır, qərarın dünya bazarına, eləcə də milli valyutamıza təsiri olacaqmı?

Bununla bağlı Redaktor.az-a açıqlama verən iqtisadçı İlham Əzizov bildirib ki, qərar ABŞ-ın gücünü artırmaq məqsədi daşıyır:

“FED uçot dərəcəsini bu il 3 dəfə azaldıb. Uçot dərəcəsi oktyabr iclasında 1.5-1.75 aralığına endirilib. Bu davam edən dünya ticarət müharibəsində ABŞ-ın gücünü artırmaq, qlobal ticarət gərginliyində iqiusadiyyatı dəstəkləmək məqsədi  güdür. Hazırda ABŞ-da infliyasiya aşağı səviyyədədir. Bu azalmada məqsəd heç olmasa 2%-lik həddə gəlib çıxmaqdır. Dünya iqtisadiyyatı güclü defilyasiya təzyiqi altında olduğu üçün belə qərar verilib. Bizə elə gəlir ki, bu rəqəmlər xeyli vaxt dəyişməyəcək”.

Qərarın milli valyutamıza təsiri məsələsinə toxunan iqtisadçı əlavə edib ki, bu təsir bizə dolayı yolla olur:

“Hazırda bu endirimin milli valyutaya təsiri olmayacaq. Çünki bizim makroiqtisadi göstəricilərimiz stabildir, hətta manatın dəyərinin güclənməsi fonundadır. Lakin manatın dəyərə minməsi indiki durumda iqtisadiyyatımıza xeyir gətirməz”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR