Slimfit
  1. AZƏRBAYCAN

Fazil Mustafa imzatoplama kampaniyasını başa vurub

Fazil Mustafa imzatoplama kampaniyasını başa vurub
Sakura

Fazil Mustafa imzatoplama kampaniyasını başa vurub

26 saylı Sabunçu I  seçki dairəsindən növbəti dəfə namizədliyini verən millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafa imzatoplama kampaniyasını başa vurub."Olaylar"ın xəbərinə görə, bu barədə millət vəkilinin özü məlumat verib: "Artıq  seçki üçün zəruri olan imzaları tamamladıq. Digər tələb olunan sənədlərlə birlikdə qeydiyyat üçün dairə seçki komissiyasına təqdim edəcəyik. Bü prosesdə bizi dəstəkləyən bütün seçicilərə təşəkkürümü bildirirəm. Artıq Bakıxanov qəsəbəsində seçki qərərgahımız aktiv fəaliyyətə başladı. Dəmiryol vağzalına yaxın ərazidə ofisimizi də açdıq. Bundan əlavə sosial şəbəkədə bizim Milli Məclisdə təmsil olunmamızın millətimiz və dövlətimiz üçün faydalı olacağını düşünən vətəndaşları əhatə edəcək İctimai Dəstək qrupunu da yaratmaq fikrindəyik. Bu qrupun əsas işi indiyədək Milli Məclisdə və Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyətimizin obyektiv təbliği olacaqdır. Əlbəttə, fəaliyyətimizdən razı qalmayanlar da tapılacaqdır, onlara da sayğı ilə yanaşıram. Ancaq hər hansı təxribat, qaralama, böhtan və təhqir kampaniyalarına qarşı həmişəki kimi sərt mövqeyimizi də ortaya qoyacağıq. Bu dəfə də həmişəki kimi xalqın qarşısına alnıaçıq çıxırıq, deputat olduq-olmadıq, hər zaman bu uca millətin vəkilliyi missiyasını daha qətiyyətlə yürüdəcəyik. Mənim möbil yelefonum hər bir seçicinin evində var, sosial şəbəkədə hər kəsin təmas qurma imkanı mövcuddur, təbliğat-təşviqat kampaniyası dövründə məhəllə-məhəllə görüşlər keçirəcəyəm, hər bir evə seçki platformamı çatdıracağam. İnşallah bu prosesi birlikdə uğurla başa çatdıracağımızdan əminəm!"

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR