Faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə ödənişlər haqqında -Qərar
Nazirlər Kabinetinin 119 nömrəli Qərarı Azərbaycan Respublikasında faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə yeni ödəmə normativlərinin təsdiq edilməsini nəzərdə tutur.
İndiyə qədərki ödənişlərin miqdarı əvvəlki iqtisadi şəraitə uyğunlaşdırılmışdı. Bu səbəbdən həmin qiymətlər hazırki iqtisadi kontekstdə, ölkədəki mövcud iqtisadi artıma nisbətdə çox aşağıdır. Bu səbəbdən də mövcud ödəmə normativləri qanunsuzluqların qarşısını almağa, bu sahədə fəaliyyət göstərən subyektlərin məsuliyyətini artırmağa imkan vermir.
Odur ki, bu qərar faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə ödənişlərin miqdarını yeni iqtisadi şəraitə uyğunlaşdıracaq. Nəticədə yeni ödəniş normativləri təbiətdən istifadə subyektlərinin məsuliyyətini artıracaq.
Qərar təbii ehtiyatların qorunub saxlanması, səmərəli istifadəsi, mineral xammal bazasının bərpası baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu Qərarın tətbiqi bu sahədəki qeyri-müəyyənliklərin hüquqi cəhətdən dəqiq həll edilməsinə də imkan yaradacaq.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət