Dərc edildi: Baxış sayı: 905
Fatma xanım Kəminə - Yarəb, məni cəfayə salan şad olmaya
Yarəb, məni cəfayə salan şad olmaya!
Səyyadi-zülmə seyd olub, azad olmaya!
Qəhri-xuda düçari ola, ta ki ömrü var
Ol qeyddən xilasına imdad olmaya!
Huri misal salim ola əhli-ruzigar,
Bəlkə cahanda zülm ilə bidad olmaya!
Hər kimsə ki xərab qıla bir könül evin,
Dünyavü axirat evi abad olmaya!
Bülbül təəşşüqün kəsə bilməzdi bağiban,
Bağ içrə gər nəva ilə fəryad olmaya!
Bu çərx-kəcmədarda diyrinə rəsmdir,
Bir barigah olmadı bərbad olmaya!
Əhli-xuda, Kəminə, cəfa görsə səbr edər,
Yarəb, görüm ki, gümrəhi irşad olmaya!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət