Slimfit
  1. İDMAN

Fatih Terim: 'Bu nəticəyə layiq deyildik'

Fatih Terim: 'Bu nəticəyə layiq deyildik'
Sakura

Fatih Terim: 'Bu nəticəyə layiq deyildik'

"İkinci qolu vura bilərdik. Xüsusən də ilk hissədə. Fasilədən sonra da qol şanslarımız oldu. Rəqib də 1-2 dəfə epizodlar yaratdı. 90+2-ci dəqiqədə 10 nəfərlə gəldilər. Həmin ana qədər matç nəzarətimizdə idi".

"Report" "Sporx" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyənin "Qalatasaray" klubunun baş məşqçisi Fatih Terim UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda İstanbulda Belçika "Brüggesi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis görüş ərzində yarımmüdafiə mövqeyini bağlaya bildiklərini sözlərinə əlavə edib: "Bu mövsüm dəb halını alıb: son dəqiqələrdə qollar buraxırıq. Meydanda həvəslə, istəklə, mübariz oynayan komanda var idi. Bu nəticəyə layiq deyildik. Həqiqətən çox üzüldüm. Ediləcək hər hansı bir şey yoxdur. Hesabı 2:0-a çatdıra bilmədiyiniz anda hər şey təhlükəli olur". 

Terim Avropa Liqasına vəsiqə verən qrup üçüncülüyü üçün son oyuna qədər mübarizə aparacaqlarını vurğulayıb: "Ümidsiz vəziyyətdə deyilik. Hər ötən gün daha yaxşı çıxış edirik. Ömər Bayram "Yoruldum, hocam, məni əvəzlə" deməsəydi, bunu etməyəcəkdim. Bəzən tərəzidən bir daşı götürəndə bütün tarazlıq pozulur. Mən də belə matçlarda start heyətə istədiyim oyunçunu qoymaq istəyirdim, amma beləsi yox idi".

Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində ikinci xalını qazanan İstanbul təmsilçisi Avropa Liqasına vəsiqə qazanmaq üçün növbəti tur Fransada PSJ-ni məğlub etməli, "Brügge"nin isə Belçikada "Real Madrid"lə görüşdə xal itirməsini gözləməlidir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR