Slimfit
  1. MARAQLI

Faşizmin zülmünə məruz qalan qadın Finlandiyadan üzrxahlıq tələb edir

Faşizmin zülmünə məruz qalan qadın Finlandiyadan üzrxahlıq tələb edir
Sakura

Faşizmin zülmünə məruz qalan qadın Finlandiyadan üzrxahlıq tələb edir

Ölüm düşərgəsinin dəhşətlərini yaşamış qadın: "Zəif qidalanma səbəbiylə məhbuslar arasında ölüm adi hal oldu. Ailəmizdə yeddi nəfərdən üçü aclıqdan öldü".

Finlandiyanın Karel-Fin SSR ərazisindəki beşinci ölüm düşərgəsinin keçmiş əməkdaşı Lenina Makeyeva Böyük Vətən müharibəsi illərində işğalçı fin administrasiyasının törətdiyi cinayətlərlə bağlı şahid qismində ifadə verməyə hazır olduğunu bildirib.

Makeyeva uşaq olarkən Petrozavodsk ərazisində yerləşən düşərgədə 2 il 8 ay qalıb. Ölüm düşərgəsində sağ qalan Qırmızı Ordu döyüşçüləri 28 iyun 1944-cü ildə azad edilib.

Daha əvvəl RİA Novosti "Müddətsiz" layihəsi çərçivəsində FTX-nın Kareliya üzrə regional idarəsi tərəfindən məxfiləşdirilmiş və Kareliya Milli Arxivinə təhvil verilmiş faşistlərin dinc sovet vətəndaşlarına qarşı hərbi cinayətlərinin əvvəllər dərc edilməmiş sübutlarını açıqlayıb.

"Mən öz tərəfimdən şahid qismində çıxış etməyə hazıram. Təəssüf ki, FTX cinayət sübutlarını 75 il sonra ortaya qoydu. Bu, daha əvvəl edilməli idi", - deyə Makeyeva RİA Novosti-yə bildirib. O, keçmiş Kareliya faşist ölüm düşərgələrinin azyaşlı məhkumları ittifaqının sədr müavinidir.

Rusiya İstintaq Komitəsi cinayət faktı üzrə yoxlama aparır. Fin işğalçılarının və onların havadarlarının dinc sovet əhalisinə qarşı fəaliyyətlərinə dair məxfiləşdirilmiş materiallarının öyrənilməsi və yoxlamalardan sonra müstəntiqlər müvafiq hüquqi qiymət verəcəklər.

"Mən özüm Finlandiya Prezidenti Tarye Xalonenə məktub göndərdim və ondan cavab aldım: "Biz Sovetlər İttifaqına bütün təzminatları ödədik". Mən isə yazmışdım ki, Almaniya öz növbəsində səhvləri etiraf edib və Rusiya xalqı qarşısında üzr istəyib, finlər, faşist Almaniyasının keçmiş müttəfiqləri isə bunu etməyiblər", - deyə Makeyeva bildirib.

Şahid olmaq məcburiyyətində qalan 84 yaşlı qadın göz yaşları ilə xatırlayır. "20 kvadratmetr sahədə 15 nəfər idik. Bit, birə....Epidemiya başladı. Yatalaq, sinqa (qidada vitaminlərin, xüsusilə də C vitamininin çatışmaması nəticəsində meydana gələn, diş ətinin boşalması, yumşalması və ondan qan axması şəklində təzahür edən xəstəlik – red.). İnsanlar ölməyə başladılar. Zəif qidalanma səbəbiylə məhbuslar arasında ölüm adi hal oldu. Ailəmizdə yeddi nəfərdən üçü aclıqdan öldü. Gicitkən dərhal yeyildiyi üçün böyüməyə fürsət tapmırdı. Pozuntuya görə duzlu suda isladılmış söyüd çubuqları ilə döyürdülər. Hərdən isə ucunda metal şayba olan rezin şallaqdan istifadə olunurdu"- Makeyeva xatırlayır.

Onun sözlərinə görə, Fin ölüm düşərgələrinin eks-məhbusları arasında sağ qalanlar çox azdır, hamısı da 80-90 yaşında. Makeyeva deyir: " Kareliya ərazisindəki ölüm düşərgələrində 32 min nəfər olub ki, onlardan da 18 mini elə orada həlak olub".

O, həmçinin RİA Novosti-yə bildirib ki, koronavirus pandemiyası səbəbindən Moskvada Qələbə paradının daha sonrakı tarixə köçürülməsinə çox təəssüflənir. Makeyeva fəxri qonaqlar siyahısına daxildir, lakin qorxur ki, daha sonra parada getməyə səhhəti imkan verməyəcək. "Özümü pis hiss edirəm, sözün əsl mənasında entuziam sayəsində ayaq üstə dururam", - agentliyin həmsöhbəti şikayətlənib.

Finlərin nəzarətində olan Karel-Fin SSR ərazisində 1941-1944-cü illərdə "qeyri-milli" dinc əhali üçün onlarla düşərgə yaradılmışdı. 1942- ci ilin aprel ayının əvvəlində bu düşərgələrdə 24 minə yaxın insan var idi ki, bu da işğal zonasındakı əhalinin təxminən 30 faizini təşkil edirdi. Gizli arxivlərdən alınan məlumatlara görə, oradakı əhalinin əksəriyyəti - 90 faizdən çoxu slavyanlar - ruslar, belaruslar və ukraynalılar olub.

Tarixçilərin hesablamalarına görə, düşərgələrin mövcud olduğu illər ərzində oradan təxminən 50 min nəfər keçib, fin faşistləri 1941-ci ildən 1944-cü ilə qədər 14 konslager tikiblər, onun da altısı Petrozavodskda olub.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR