Slimfit
  1. AZƏRBAYCAN

Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil - Şərh

Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil - Şərh
Sakura

Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil - Şərh

ə iştirak edirdi? Çünki o, I Dünya müharibəsi illərində türklərə qarşı amansızlıq etməklə təcrübə qazanmışdı. Nəticədə o, yəhudi uşaqlarını göz qırpmadan öldürürdü.

Hitler Almaniyasının əlaltısı olmuş Njde “türkə qarşı mübarizəsiz bir gün olmamalıdır” şüarını irəli sürmüşdü. Bu gün dünya erməniləri, o cümlədən Nikol Paşinyan bu şüarla böyüyüb, bununla yaşayır və dövlətini idarə edir.

Bu arada, Nikol Paşinyana iki cümləlik tarixi xatırlatma yerinə düşər:

1935-ci ildə “Daşnakların” o vaxtkı lideri Ruben Ter-Minasyanla Njdenin münasibəti kəskinləşmişdi. Bu səbəbdən faşist, ekstremist və irqçi düşüncəsinə görə 1938-ci ildə “Daşnaksütyun”un 13-cü iclasında Njde partiya sıralarından çıxarılıb.

Bu yerdə sualsız ötüşmək olmur. Məsələn, məşhur ingilis “Fransızlara qarşı mübarizəsiz gün olmamalıdır”, yaxud tanınmış çex milli qəhrəman “Çexiya yalnız çexlər üçün” şüarlarını verərsə, modern və ədalətli sayılan Avropada beləsinə abidə qoyub, həmin adamların çürük ideyalarının yaşadarlarmı? Bu suala müsbət cavab verənlərə bir sual: Almaniyada niyə Hitlerin heykəli qoyulmayıb? Çünki o, alman millətinin əleyhinə işləyər. 

 

Deməli, müasir dünya faşist ideyaları qəbul etmir. Çünki bu ideyalar insanların rahat və təhlükəsiz yaşamasına mane olur. Yeni, erməni nəsli də bu faşist ideyası əsasında daim türk xofu ilə qorxu içində böyüyəcək. Bir etnosa qarşı mübarizə aparmaq kimi cəfəng ideya ilə böyüyən insan müti, qul olar. Ermənistanın indiki vəziyyəti buna açıq sübutdur. Njdenin ideyası əsasında Xocalı soyqırımını törədən koçaryanlar, balayanlar yetişdi. Njdenin ideyası ilə böyüyən nəsil 1999-cu ilin oktyabrın 27-də Ermənistan parlamentində qətl törətdi, 2008-ci il martın 1-2 də Yerevanda dinc etiraz aksiyasının iştirakçılarını gülləbarana tutdu.

 

Başqa bir millətə nifrət ruhunda nəsil yetişdirmək faşizmdir. Bunun acı nəticəsini erməni etnik qrupunun timsalında elə həmin cəmiyyət çəkir.

Odur ki, tarixin ziblliyindən eşələnərək çıxarılan Njde erməni xalqını zəhərləyir. Bu zəhər azad, ədalətli erməninin yetişməsinə mane olur. Həmin faşistin ideyası əsasında qurulan Ermənistan hələ də bütün qonşularına zəhər çiləyir. Beləliklə, Nikol Paşinyanın faşist Njdeni ciddi-cəhd, tarixi təhriflərlə müdafiə etməsi Ermənistan cəmiyyətində örnək götürüləcək şəxsiyyətin boşluğunun olduğunu təsdiqləyir.

Mənbə: Report.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR