Dərc edildi: Baxış sayı: 551
FAO Azərbaycanda qadın fermerlərin inkişafına dəstək verəcək
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda qadın fermerlərin inkişafına dəstək verəcək.
Bu barədə “Report”a FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak bildirib.
Onun sözlərinə görə, bu məqsədlər "Aqrar Fəaliyyətli Azərbaycan Qadını" (AFAQ) adlı layihə həyata keçiriləcək.
"Layihənin büdcəsi, təxminən, 800 min ABŞ dollarıdır. Əsas məqsəd qadın fermerlərin texniki bacarıqlarının yüksəldilməsi və bazara çıxışlarının yaxşılaşdırılmasıdır", - deyə o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət