Dərc edildi: Baxış sayı: 518
FAO Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracında dəstək verəcək
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda aqrar ticarətin inkişaf etdirilməsi üçün yeni regional layihənin icrasına başlayacaq.
Bu barədə “Report”a FAO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak bildirib.
Onun sözlərinə görə, layihənin büdcəsi təxminən 400 min ABŞ dolları təşkil edəcək.
"Layihə çərçivəsində 2-3 növ ərzaq növünün hər biri üçün 4 bazar araşdırması aparılacaq. Hər bir ərzağın hansı bazara uyğun olması müəyyənləşdiriləcək, ona nə dərəcədə ehtiyac olması öyrəniləcək. Bununla da, Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracında dəstək veriləcək", - deyə FAO rəsmisi qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət