Slimfit
  1. İDMAN

Faiq Qarayev: 'Atam məni voleybola qoymurdu'

Faiq Qarayev: 'Atam məni voleybola qoymurdu'
Sakura

Faiq Qarayev: 'Atam məni voleybola qoymurdu'

"Cavid müəllim 15 il dedi, amma bizim dostluğumuz 19 ildir davam edir. O, mənə hər zaman "qardaşım" deyir, bu mənim üçün önəmli sözdür". 

"Report"un məlumatına görə, Azərbaycan Voleybol Federasiyasının (AVF) I vitse-prezidenti Faiq Qarayev ölkədə idmanın inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi ilə bağlı mərasimdə çıxış edərkən deyib. 

F.Qarayev federasiya prezidenti Cavid Qurbanovun gördüyü işlərdən danışıb: "Onun mənim həyatımda böyük yeri olub. Heç voleybolda olmayanda, klub və federasiya rəhbəri kimi çalışmayanda da böyük dəstək verib. Bu gün federasiyada hər bir sahəyə xüsusi diqqət yetirilir, yeni voleybolçu və məşqçi nəsli yetişir. Göstərilən bu diqqətin nəticəsini 2-3 ilə görəcəyik. Azərbaycanda voleybol çox sevilir". 

Federasiya rəsmisi dövlət başçısı tərəfindən aldığı mükafatı bütün komandanın uğuru kimi dəyərləndirib: "Kollektivi yığaraq dedim ki, bu orden tək mənim deyil, hamımızın uğurudur. Rəhmətlik atam məni voleybola qoymurdu, "Bu idman növü sənə nə verəcək?" deyirdi. Orden alandan sonra onun məzarına gedərək, təşəkkür etmişəm. Artıq Azərbaycanda tanınmış məşqçiyəm. Cənab prezident mənə zəng vurdu. Bu, mənim üçün böyük hadisədir. Onunla danışandan sonra güclü bir adam oldum, iki gün özümə gələ bilmədim. Prezidentin bu sözlərinin, medalın altından necə çıxa biləcəyimi düşündüm. Həmin bir zəng həyatımı çevirdi. Onun sözləri insana elə güc verir ki, yaşamaq, alışmaq istəyirsən. Möhtərəm prezidentimə təşəkkür edirəm. Hər zaman idmana xüsusi diqqət göstərir. Hər kəsə, ilk növbədə cənab Prezidentə təşəkkür edirəm".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR