Slimfit
  1. DÜNYA

“Fağır” Ermənistan silahlanma sürətinə görə dünyada üçüncü, Avropada birinci oldu

“Fağır” Ermənistan silahlanma sürətinə görə dünyada üçüncü, Avropada birinci oldu
Sakura

“Fağır” Ermənistan silahlanma sürətinə görə dünyada üçüncü, Avropada birinci oldu

Ermənistan “Beynəlxalq Militarizasiya İndeksi 2018”-də hərbiləşdirmə səviyəsinə görə 150 ölkə arasında üçüncü yer tutub.

Moderator.az xəbər verir ki, bu göstərici ilə Ermənistan Avropanın bir nömrəli militarist ölkəsi olub. Ermənistanda hər min vətəndaşa bərabər əsgər sayısı isə 6 nəfər olaraq müəyyənləşib. Hələlik rəsmi İrəvan, “fağır” və “sülhpərvər” Ermənistanın sürətli silahlanma siyasətini konkret rəqəmlərlə ortaya qoyan bu indeksə hər hansı münasibət bildirməyib.

Xatırladaq ki, sosial-iqtsiadi və maliyyə baxımından uzun illərdir ki, ağır vəziyyətdə olan Ermənistan əsasən Rusiya tərəfindən kreditlə verilən hərbi texnika hesabına silahlanır.

Məlumat üçün qeyd edək ki, məlum beynəlxalq reytinq sırasında hərbiləşmə tempinə görə Rusiya 6-cı, ölkəmiz 12-ci yerdə qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR