Slimfit
  1. TEXNOLOGİYA

“Facebook”u böyük miqdarda cərimə gözləyə bilər

“Facebook”u böyük miqdarda cərimə gözləyə bilər
Sakura

“Facebook”u böyük miqdarda cərimə gözləyə bilər

“Facebook” şirkəti bu yaxınlarda təhlükəsizliklə bağlı ortaya çıxan problem ilə əlaqədar 1,62 milyard ABŞ dolları həcmində cərimələnə bilər.

"Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət problem barədə yalnız haker hücumundan 3 gün sonra məlumat verib. Şirkətdən bildirilib ki, 90 milyona yaxın istifadəçinin tətbiqə yenidən daxil olmaları məqsədi ilə hesablarından müvəqqəti çıxarılacaqlar. Bu tədbirin ortaya çıxan təhlükəsizlik problemi ilə əlaqədar olduğu qeyd olunur.

Problem "View As" funksiyasında ortaya çıxıb, hansı ki “Facebook” istifadəçilərinə onların hesablarının başqa istifadəçilər tərəfindən necə görüldüyünü izləmək imkanı verir.

Qeyd edək ki, ötən həftə “Facebook” öz saytında 50 milyon istifadəçinin hesabına toxunan təhlükəsizlik probleminin aşkarlaması haqda xəbər yayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR