Slimfit
  1. AZƏRBAYCAN

Facebookda verilən reklam vergiyə cəlb olunur

Facebookda verilən reklam vergiyə cəlb olunur
Sakura

Facebookda verilən reklam vergiyə cəlb olunur

Fins.az-ın məlumatına görə, Facebookda verilən reklam vergiyə cəlb olunur.Bu barədə açıqlama verən iqtisadçı-ekspert Rauf Qarayev bildirib ki, "Vergi qanunvericiliyinə ( 5.3.7,   5.6-cı və 5.7-ci,  16.1.11-1-ci ,  168.1.5, 169.2  və ya 169.5, 169.3 maddələr) əsasən sosial şəbəkələrdən əldə edilən gəlirinin müəyyən hissəsi, vergiyə cəlb edilməlidir.

A şəxs vergi uçotunda (fiziki və ya hüquqi) duran şəxsdirsə (VEÖN-i olan şəxsdir) və öz Facebook səhifəsində hər hansı şirkətin məhsulunu reklam edib, gəlir əldə edirsə 10 faiz elektron ticarət vergisi, 18 ƏDV yəni ümumilikdə 38 faiz vergi ödəyir. Misal 1000 manat gəlir əldib. 1000*10% = 100 manat. (1000/118)*18% = 152 manat 54 qəpik ƏDV ödəyir. Ümumilikdə 100 +152,54 = 252 manat 54 qəpik vergiyə cəlb olunur. 

 

Əgər A şəxs vergi uçotunda deyilsə (VÖEN-i yoxdursa) və öz Facebook səhifəsində hər hansı şirkətin məhsulunu reklam edib, gəlir əldə edirsə, ödənişi edən şirkətin bank sahibi həmin gəlirdən 18 faiz (ƏDV) dərəcsində vergi tutaraq məbləği vergiyə cəlb edir. A şəxs 500 manat müqabilində, şirkətin məhsulunu reklam edir. Bu halda bank (500/118)*18 = 76 manat 27 qəpiyi vergiyə cəlb edir.

Xarici şirkət əgər Azərbaycanda yerləşən şirkətin saytına reklam verirsə, bu halda da, gəlir əldə edən şəxs həmin məbləği bankdan çıxardığı zaman, bank 18 faizi (ƏDV) dərəcəsində ondan vergi tutmalıdır. Misal: 500 manat gəlir əldə edib. (500/118)*18 = 76 manat 27 qəpiyi vergiyə cəlb edir"

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR