Slimfit
  1. AZƏRBAYCAN

“Facebook”da koronavirusla bağlı yalan məlumat yayan Bakı sakini saxlanıldı

“Facebook”da koronavirusla bağlı yalan məlumat yayan Bakı sakini saxlanıldı
Sakura

“Facebook”da koronavirusla bağlı yalan məlumat yayan Bakı sakini saxlanıldı

“Facebook” sosial şəbəkə istifadəçilərindən biri öz səhifəsində koronavirus infeksiyası ilə bağlı (COVID-19) dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yerləşdirib.

Bununla bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. 

Həyata keçirilmiş müvafiq tədbirlərlə həmin şəxsin Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü İlqar Əliabbas oğlu Atayev olması müəyyən edilib və o, ərazi aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinə dəvət olunub. 

Aparılmış araşdırmalarla İ.Atayevin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388-1-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib. 

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bir daha mətbuat nümayəndələrinin və sosial şəbəkə istifadəçilərinin diqqətinə çatdırır ki, koronavirus infeksiyası ilə bağlı məlumatları yayərkən mütləq qaydada əlaqədar dövlət qurumlarına istinad etsinlər. Koronavirus infeksiyası ilə bağlı əsassız məlumatlar yayan şəxslər barədə bundan sonra da qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR