Dərc edildi: Baxış sayı: 484
Facebook yenilik etmək istəsə də, banklar razı olmur
The Wall Street Journal saytının verdiyi məlumata əsasən banklar öz müştərilərinin tranzaksiya məlumatlarını paylaşmağa razı olsalar Facebook şirkəti Messenger-ə pul köçürmələri funksiyasını əlavə etməyə hazır olacaq. İstifadəçilərin Messenger vasitəsilə bir-birilərinə pul köçürmələrini və alış-veriş etmələri üçün Facebook təmsilçiləri ABŞ bankları ilə danışıqlar aparır. Bu cür təklif ilə Facebook artıq JPMorgan Chase, Wells Fargo, Citygroup Inc və U.S. Bancorp kimi banklara müraciət edib.
"Kommersant.az" xəbər verir ki, lakin bir neçə müddət bundan öncə Cambridge Analytica şirkəti ilə baş vermiş qalmaqaldan sonra banklar Facebook-un güvənliyinə şübhə ilə yanaşırlar. Onlar əsaslı şəkildə qorxurlar ki, müştərilərin konfidensial məlumatları üçüncü tərəfin əlinə keçərək heç də yaxşı olmayan işlərdə istifadə oluna bilər. Çoxlu müştəri cəlb etmək və mobil ödəmələrin sayını artırmaq üçün milyardlarla istifadəçi kütləsinə sahib online platformalara çıxış fikri yarananda banklar böyük təzyiqlər ilə qarşılaşırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət