Slimfit
  1. TEXNOLOGİYA

Facebook-u silsən nə baş verəcək?

Facebook-u silsən nə baş verəcək?
Sakura

Facebook-u silsən nə baş verəcək?

Fins.az-ın məlumatına görə, "Facebook” gündəlik həyatımızı və kommunikasiyanı çox dəyişdirib. Bəs ondan imtina etsək, nə baş verəcək? Bugünədək aparılan ən böyük araşdırmada amerikalı alimlər bu suala aydınlıq gətiriblər.2018-ci ilə olan məlumata əsasən, aylıq 2,3 milyard aktiv istifadəçiyə malik “Facebook” hələ də dünyanın ən böyük sosial şəbəkkəsi olaraq qalır. Məqalə müəllifi qeyd edir ki, 2,3 milyard dünya əhalisinin təxminən üçdə birinə bərabərdir. Bu zaman orta statistik istifadəçi “Facebook” və törəmə platformaları “Instagram” və “Messenger”-də hər gün 50 dəqiqə vaxt keçirir. Bu yaxınlarda Britaniyada aparılan və 1,2 min nəfərin iştirak etdiyi araşdırmaya əsasən, orta statistik istifadəçi 1-2 min dollar müqabilində bir il ərzində “Facebook”-dan imtina etməyə hazırdır. Yeni tədqiqat üçün Stenford və Nyu York Universitetlərinin alimləri bir aylıq öz hesablarından imtina etməyə hazır olan 2844 istifadəçi tapa bilib. Gün ərzində “Facebook”-da ən azı 15 dəqiqə keçirən iştirakçıların hamısı 18 yaşdan yuxarı olub. “Əvvəlcə onlar ümumi əhvalları, siyasi baxışları və gündəlik həyatları barədə ətraflı anket doldurmalı olublar. İştirakçıların yarısına həmçinin sosial şəbəkələrdən imtina etdikləri üçün pul təklif olunub. Orta hesabla, bir aylıq “Facebook”-dan imtinanın qiyməti 102 dollar təşkil edib”, - məqalədə deyilir. Eksperiment zamanı iştirakçılar mütəmadi olaraq əhval-ruhiyyələrini qiymətləndiriblər. Araşdırma başa çatdıqdan sonra iştirakçılar yenidən ətraflı anket doldurublar. “Siyasi savadlılıq dərəcəsi yoxlanılarkən “Facebook”-dan imtina edən insanlar hesabları deaktivasiya edilən anla müqayisədə daha aşağı qiymət alıblar. Bu da belə bir nəticə çıxarmağa imkan verib ki, çoxları “Facebook”-dan informasiya mənbəyi kimi istifadə edir, sosial şəbəkə olmadıqda istifadəçilər qəzetə keçə bilmir”, - məqalə müəllifi qeyd edir. “Orta hesabla hər istifadəçinin əlavə 1 saat, aktiv istifadəçilərin isə 2 saat boş vaxtı yaranıb. İştirakçılar oflayn rejimdə dostları, ailələri və ya televizora baxmaqla daha çox vaxt keçirməyə başladıqlarını deyiblər”. Stenford Universitetindən araşdırmanın müəllifi Metyu Gentskov (Matthew Gentzkow) açıqlamasında bildirib: “Facebook”-un sadəcə başqa rəqəmsal saytlar – “Twitter”, “Snapchat” və sairlərlə əvəzlənəcəyini gözləyirdim. Belə bir şey baş vermədi. Ən azından mənim üçün bu, sürprizdir”. Tədqiqatın nəticələrinə əsasən, “Facebook”-dan imtina etmək insanların əhval-ruhiyyəsinə və həyatdan məmnunluq dərəcəsinə müsbət təsir göstərib. Məqalədə deyilir ki, eksperiment başa çatdıqdan sonra iştirakçıların çoxu “Facebook”-dan daha az istifadə etmək istədiyini bildirib. Lakin artıq bir həftə sonra sosial şəbəkədən istifadə etməyənlərin sayı sadəcə 10%, daha iki ay sonra isə 5% təşkil edib

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR