Slimfit
  1. MARAQLI

Facebook şirkəti facebook.ru domenini Zolotaya Koronadan tələb etdi

Facebook şirkəti facebook.ru domenini Zolotaya Koronadan tələb etdi
Sakura

Facebook şirkəti facebook.ru domenini Zolotaya Koronadan tələb etdi

Kommersant yazır ki, Amerika şirkəti Facebook facebook.ru domeninin əvəzsiz ona verilməsini tələb edir.

Facebook Inc. şirkətinin avqust ayının sonunda göndərdiyi məktuba əsasən (məzmunla nəşriyyat tanış olub) bu domenin hüquqları “Zolotaya Korona” ödəniş sisteminin əsas strukturu olan ZAO ÇFT-ə məxsusdur

Facebook Inc. məktubunda deyildiyi kimi, rus şirkətinin domenə sahib olması facebook.ru domeninin “Zolotaya Korona” ödəniş sisteminin səhifəsinə yönləndirilməsindən sonra məlum oldu.

Məktubda qeyd edilir ki, Facebook Inc. dünyaca məşhur sosial şəbəkənin sahibidir və müxtəlif formalarda facebook ticarət nişanının müəlliflik hüquqlarına məxsusdur. Facebook.ru domen adı qeydiyyatdan keçmiş ticarət nişanını əks etdirir, bunu da Facebook Inc. qəbuledilməz hesab edir.

Amerika şirkəti dərhal ticarət nişanının istifadəsinin dayandırılmasını və 30 sentryabr tarixinə qədər domenin ona verilməsini, 6 sentyabr tarixinə qədər iddiaya baxılmanın nəticəsi barədə məlumat verilməsini tələb edir.

ZAO ÇFT-də bəyan ediblər ki, facebook.ru domeninə hüquqları 2005-ci ildə əldə ediblər, bu da Facebook Inc. şirkətinin rus bazarına çıxışından bir neçə il əvvələ təsadüf edir. “12 il ərzində Facebook Inc. və ya domenlə bağlı digər şəxs tərəfindən bizə heç bir iddia daxil olmayıb”, - ÇFT-nin mətbuat xidmətindən məlumat verilib.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR