Slimfit
  1. TEXNOLOGİYA

Facebook KİV-ləri “saxta” və “saxta olmayanlar”a ayırmağa başladı

Facebook KİV-ləri “saxta” və “saxta olmayanlar”a ayırmağa başladı
Sakura

Facebook KİV-ləri “saxta” və “saxta olmayanlar”a ayırmağa başladı

Sosial şəbəkə istifadəçilər tərəfindən sitat gətirilən KİV-lərin dosyesini hazırlayır. Bu üsulla sosial şəbəkə saxta xəbərlərin yayılması ilə mübarizə aparır. Proqramçıların fikrincə, əgər oxucu ilk mənbə haqqında ətraflı məlumatı əldə etsə, onda o sərbəst şəkildə qarşısındakı xəbərin saxta olub-olmamasına qərar verə bilər.

Layf aşkar edib ki, “Feysbuk”un desktop versiyasında xəbərin paylaşıldığı sayt haqqında ətraflı informasiyaya baxmaq imkanı yaranıb.

Kənar saytlara olan linklər olan paylaşımlarda “i” düyməsi yaranıb. Ona basaraq, siz resursun qısa izahı, domenin qeydiyyat tarixi, digər linkləri əldə edəcəksiniz.

Məşhur amerikan KİV-ləri sosial şəbəkədə özünün dosyesini əldə edib. Rusiya KİV-ləri arasında bu hamısında yoxdur: anket “İzvestiya”, “Vedomosti” və “RBK” üçün doldurulub, “Kommersant”-da isə hələ yoxdur.

“Feysbuk” yeniliyi şərh etməyib, amma daha əvvəl sosial şəbəkənin proqramçıları bəyan etmişdilər ki, adını çəkdiyimiz nəşrlərin dosyesi saxta xəbərlərlə mübarizənin üsullardan biridir: istifadəçilər mənbənin əslində kim olduğunu biləcək və özləri ona etibar edib-etməməyə qərar verəcəklər.

 

Mənbə: Life.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR