Facebook Kaliforniyada evlərin inşasına 1 mlrd dollar ayırıb
Facebook özünün baş ofisinin yerləşdiyi Kaliforniyada yaşayış yerlərinin tikintisinə 1 mlrd dollar ayırıb, bu barədə şirkət özü xəbər verib. Kaliforniya ştatına çoxlu pul xərcləyən mütəxəssislər gəlirlər – buna görə də evlərin qiyməti qalxır və imkansız ailələrin problemi yaranır.
Facebook bildirib ki, ştat rəhbərliyi yaşayış yerli ilə bağlı böhranın öhdəsindən təkbaşına gələ bilmir. Facebook-un səhmləri “həyati əhəmiyyət kəsb edən” peşələrin nümayəndələri ( müəllimlər, tibb bacıları və fövqəladə xidmətlərin əməkdaşları) üçün 20 min evin inşasına yönələcək.
Qeyd edək ki, mənzil problemi təkcə imkansız ailələrə deyil orta təbəqəyə də toxunur.
Facebook növbəti 10 ilə ərzində də ştatda evlərin inşasına daha 1 mlrd dollar yatırım etməyi düşünür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət