Slimfit
  1. TEXNOLOGİYA

Facebook bu hesabları silir

Facebook bu hesabları silir
Sakura

Facebook bu hesabları silir

Dünyanın ən populyar şəbəkəsi olan Feysbuk son 6 ay ərzində 1,27 milyard istifadəçisini saxta hesab açdığı üçün bazadan silib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı şirkətin əməliyyat direktoru Şeril Sandberq mətbuat konfransı zamanı deyib.

O bildirib ki, hesablarının moderasiyası son texnologiyalar əsasında aparıldığı üçün bütün saxta hesablar aşkarlanır: "Komandamız hesabların moderasiyasını fərdi axtarış, süni intellekt, kompüter təlimi və görmə vasitəsilə işləyən xüsusi alqoritmlərdən istifadə edərək gerçəkləşdirir. Bu məqsədlə sosial şəbəkədə qaydalara nəzarət edən heyətin sayı 2 dəfə artırılaraq 20 min nəfərə çatdırılıb. Onlar 24 saat ərzində dünyanın 50 müxtəlif dilində aparılan yazışmalara, mesajlara nəzarət edirlər".

Feysbuk saxta xəbərlərin yayılması və ictimai rəyin təhrifi üçün istifadə edilən saxta hesablarla mübarizədə öz səylərini artırıb. Bundan başqa, xidmət spamla aktiv mübarizə aparır. Məsələn, 2018-ci ilin yanvar-mart aylarında sosial şəbəkədən təxminən 836 milyon reklam nəşri silinib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR