“FaceApp” gizlilik probleminə görə yaranan iddialara cavab verib
İstifadəçilər iddia edirlər ki, “FaceApp” şəkilləri və şəxsi məlumatları yaddaşda saxlaya və cihazdan üçüncü şəxslərə ötürə bilər, lakin şirkət bunu danır.
TechCrunch yazır ki, “FaceApp” istifadəçilərin bu iddialarına cavab olaraq bildirib ki, o, şəkilləri toplamır və şəxsi məlumatları da üçüncü tərəf şirkətlərə də göndərmir.
FaceApp – neyroşəbəkələr vasitəsilə şəkillərin işlənməsi tətbiqidir, 2017-ci ildə yaranıb. 2019-cu ildə isə insanları şəkildə “qocaltma” filtrinin məşhurluğu sayəsində bu tətbiq App Store və Google Play-də birinci yerlərdə gəlib.
“Qocaltma” filtrdən istifadə edənlər ehtiyat ediblər ki, xidmət onların şəkillərini üzlərin tanınması texnologiyasının işlənməsi üçün istifadə edər.
TechCrunch yazıb ki, “FaceApp” bütün şəkillərə daxil ola bilmir və FaceApp da istifadəçilərin narahatçılığına belə cavab verib:
Xidmət yalnız istifadəçinin özünün redaktə üçün seçdiyi şəkli yükləyir, bütün qalereyanı deyil.
Saxlanan şəkillər buludda qalır və yükləndiyi vaxtdan 48 saat ərzində silinir.
İstifadəçi FaceApp serverindən öz məlumatlarının silinməsini istəyə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət