Slimfit
  1. İDMAN

Fabreqas "Çelsi" ilə son matçında göz yaşlarını saxlaya bilməyib

Fabreqas "Çelsi" ilə son matçında göz yaşlarını saxlaya bilməyib
Sakura

Fabreqas "Çelsi" ilə son matçında göz yaşlarını saxlaya bilməyib

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas İngiltrə Kubokunun 1/32 finalında "Nottingem Forest" (2:0) ilə keçirilən vida matçında göz yaşlarına hakim ola bilməyib.

Report” xəbər verir ki, bu, 31 yaşlı ispaniyalı üçün London klubunun tərkibində sonuncu oyunu olub.

Fabreqas "Barselona"dan "Çelsi"yə 2014-cü ilin yayında keçib. Cari mövsümdə xavbek Premyer Liqa oyunlarından 6-da iştirak edib.

Seskin karyerasını Fransa "Monako"sunda davam etdirəcəyi bildirilir. KİV-in məlumatına görə, ispaniyalı artıq komanda ilə müqavilənin şərtlərini razılaşdırıb. Müqavilə 2,5 ili – 2021-ci ilə qədər olan müddəti nəzərdə tutur. Bundan əlavə futbolçu 6 milyon avrodan çox həcmdə bonus alacaq.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR