Slimfit
  1. MARAQLI

Eynşteynin uğursuz ailə həyatı

Eynşteynin uğursuz ailə həyatı
Sakura

Eynşteynin uğursuz ailə həyatı

Eynşteynin həyat yoldaşına imzalatdığı evlilik müqaviləsi

Atamdan niyə bu qədər nifrətlə danışmağımdan xəbəriniz yoxdu? Mən isə hər kəsin bildiyini zənn edirdim. Atam, 1914-cü ilin avqust ayında anamı, məni, qardaşımı Berlində tərk etdi. Hər şey o gündən sonra başladı.

Oxuduğunuz bu zəhərli cümlələr Albert Eynşteynin oğlu Eduard Eynşteynə aiddir. Ağıllı və tanınmış insanların şəxsi həyatı hər zaman hamıya maraqlı olub. Tarixdə iz qoymuş ən önəmli elm adamlarından biri olan Albert Eynşteynin şəxsi həyatı o qədər də uğurlu deyildi.

1919-cü ildə həyat yoldaşı Mileva Maric ilə ayrılma həddinə çatan Eynşteyn, uşaqlarına görə evliliyini xilas etmək qərarına gəldi. Buna görə də bir evlilik müqaviləsi hazırladı və həyat yoldaşına təklif etdi. Müqavilə və onun şərtləri:

A. Aşağıdakılardan cavabdeh olacaqsan:

1) Paltarlarımın təmiz və səliqəli olmağından;

2) Gündə 3 dəfə, otağımda normal qaydada yemək yediyimdən;

3) Yataq otağımla iş otağımın nizamlı olmağından, xüsusi ilə iş masamın heç kim tərəfindən istifadə edilməməsindən;

B. Məcbur olmaqdıqca mənimlə bütün əlaqəni kəsəcəksən. Xüsusi ilə də aşağıdakıları tələb etməyəcəksən:

1) Evdə səninlə birlikdə oturmağımı.

2) Səninlə çölə və ya səyahətə çıxmağımı.

C. Mənimlə münasibətində bunları bilməlisən.

1) Məndən fiziki yaxınlıq gözləməyəcək və heç bir şəkildə şikayət etməyəcəksən;

2) İstədiyim anda mənimlə danışmağı dayandıracaqsan;

3) İstədiyim anda yataq otağım və ya iş otağımdan şikayət etmədən çıxacaqsan;

D. Məni heç vaxt uşaqlarımın yanında öz sözlərin və hərəkətlərinlə alçaltmayacaqsan:

Mileva Maric bu şərtləri istəmədən olsa da qəbul edir. Ancaq evlilikləri artıq ən son həddə idi. Bir müddətdən sonra Maric uşaqlarını da götürərək Sürixə köçdü. Eyni il Albert Eynşteyn əmisi qızı Elsa Löwenthal ilə evlənir. Mileva isə bir də heç vaxt evlənmir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR