Slimfit
  1. MARAQLI

Eyni tablo, fərqli illər - Üzeyir bəyin son və nadir fotosu...

Eyni tablo, fərqli illər - Üzeyir bəyin son və nadir fotosu...
Sakura

Eyni tablo, fərqli illər - Üzeyir bəyin son və nadir fotosu...

Üzeyir bəy haqqında yazmaq, danışmaq həm də, azərbaycançılığı öymək deməkdir. Bütün ömrü boyu istəy mədəniyyət, istər publisistika, istərsə də maarif sahəsində yalnız bu qayələr uğrunda vuruşdu – Azərbaycan, maarif, təhsil və musiqi…
 
Həyat bəzən üzünə gülmədi. Qoca Şərqin ilk operasının müəllifi sonradan min bir çətinliklə Peterburqa oxumağa – musiqi təhsilini inkişaf etdirməyə getdi. Həyat yoldaşı, sadiq dostu Məleykə xanım o illərdə onu tək buraxmadı. 
 
Vətənində tanınmış jurnalist və bəstəkar kimi tanınan Üzeyir bəy orada bir tələbə kimi xeyli çətinliklər yaşadı. Məleykə xanım bəzən, qənaətlə saxladığı, qoruduğu pulların sonuncusunu ona göstərməyə utandı. O, isə sadiq dostu, Bakıda işlərini davam etdirən Müslüm Maqomayevə “pul yolla” yazmağa çəkindi. 
 
Amma ali musiqi təhsilini aldı. 
 
Moderator.az-ın təqdim etdiyi ilk foto həmin illərdən az sonranın xatirəsidir. Üzeyir bəy artıq “Arşın mal alan” kimi dünya şedevrinə imza atmaqda idi….
2. Təqdim edəcəyimiz ikinci foto Üzeyir bəyin sağlığında çəkilən sonunu fotosudur.  Yenə də Üzeyir bəy, yenə də  Məleykə xanım… Barvixa sanatoriyası… 1948-ci il… Ömrün xəzan çağı… Bu iki foto arasındakı illərdə o, daha nələr görmədi ki?! Böyük uğurlarla bərabər, dərin sarsıntılar da yaşadı. Ən böyük sarsıntı isə qürbətdə yaşayan və Vətənə dönmək şansı olmayan Ceyhun idi… Üzeyir bəy vəfat edəndə vəsiyyət etdi ki, Ceyhun nə zamansa, Bakıya gəlsə və dünyasını burada dəyişsə, qardaşını onun yanında basdırsınlar….
İkinci fotoda həmin vəsiyyətin deyildiyi tarixə çox qalmamışdı…
Qeyd: Fotolara görə, tədqiqatçılar Füzuli Sabiroğlu və Elmar Həsənliyə təşəkkür edirik.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR